"Beşiktaş"lı futbolçu Dusko Tosikin xanımı, serbiyalı müğənni Jelena Karleusa imicini dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daim uzun, sarı saçları olan Jelena onları kəsdirib.

Saçlarını çəhrayıya boyayan ifaçı imic dəyişikliyindən sonra ərinin onu ilk öncə tanımadığını vurğulayıb.

Xatıqladaq ki, Karleusa bu yaxınlarda əri haqda maraqlı açıqlaması ilə yadda qalmışdı. O bildirmişdi ki, bir ildə Tosikin qazandığı məbləğdən daha çox pul qazanır.