"Bu qədər oxşarlıq ola bilməz" - foto

"Bu qədər oxşarlıq ola bilməz" - foto
5936 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Özge Özpirinçci yeni çəkildiyi "Kadın" serialının təqdimetmə mərasiminə qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecəyə ağ köynək və qara şalvarda gedən Özgeni dünya ulduzu, mərhum Maykl Ceksona bənzədiblər.

Mərasimdə çəkilən foto sosial şəbəkədə yayıldıqdan sonra izləyicilər belə şərhlər yazmağa başlayıblar:

“Bu qədər oxşarlıq ola bilməz”, “Görəsən, nə əməliiyat etdirib ki, bu qədər Maykl Ceksona bənzəyir”, “Şok oldum”, “Bu, doğurdan da Özgedir, ya Maykl Cekson?”.

Qeyd edək ki, mövzusu Yaponiyanın “Women” serialından  götürülən ekran işində iki gənc qızla həyat yoldaşını gənc yaşda itirən qadının həyatından bəhs edəcək. Ekran işinin Özpirinçcidən başqa baş rollarını aktyorlar Caner Cindork və Bennu Yıldırım canlandıracaq.

Hələ ki yayımlanacağı kanal gizli saxlanılan serialın yaradıcı heyəti böyük uğurlara imza atacaqlarına inanırlar.