Taxt-tacın 5-ci varisi bu tarixdə doğulacaq

Taxt-tacın 5-ci varisi bu tarixdə doğulacaq
1951 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middltonun üçüncü övladının dünyaya gələcəyi vaxt açıqlanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün körpəsi gələn ilin aprelində doğulacaq. Həmin ərəfədə Keytlə Uilyamın qızı Şarlottanın 3 yaşı olacaq. 3-cü şahzadənin doğuluşu ilə şahzadə Harrinin taxt-taca varisliyi 6-cı sıraya keçəcək.
 
Belə ki, kraliça Yelizavettadan sonra oğlu Çarlz, Uilyam, 5 yaşlı Corc, Şarlotta, yeni doğulacaq körpə və şahzadə Harri ardıcıllıqla taxta çıxacaq.