"Oyunda qalsaydım, Talıbı çıxaracaqdım" - Nazim

"Oyunda qalsaydım, Talıbı çıxaracaqdım" -  Nazim
1906 dəfə oxunub
  • A-
  • A
  • A+

“Faytonçu” ləqəbli müğənni Nazim Pişyari “APA TV”-nin “Show time” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı “Maşın” şoudan danışaraq bildirib ki, şouda qalacağı təqdirdə müğənni Talıb Taleyi oyundan uzaqlaşdıracaqmış:

“Mənim yarışdan getməyim texniki bir səhv oldu. Murad Dadaşov sponsorlardan danışarkən özümü unudub əlimi maşından çəkdim. Bu ani bir anda oldu. O da tamaşaçıların və operatorların gözündən yayınmadı. Murad bəy də yarışın qaydalarına uyğun olaraq məni oyundan uzaqlaşdırdı. Yarışda qalacağım təqdirdə xanımlara dəyməyəcəkdim. Amma kişilərdən Talıb Taleyi özümə rəqib görürdüm. Çünki o güclü bir rəqibdir”.

Nazim “Maşın” şounun ssenari əsasında idarə olunması iddialarına da cavab verib:

“Bilirsiniz, həyatda ssenarisiz heç nə yoxdur. Hətta film çəkiləndə də, mahnı oxuyanda da ssenari olur. Amma “Maşın” şouda hər şey düzgün qurulub. Kim deyirsə ki, ssenaridir, saxta səs vermələr var yalan deyir.  Həmkarım Samirə Yusifqızının söylədiyi “Səsləri Murad Dadaşov idarə edir” sözləri xoşuma gəlmədi. Elə bir şey yoxdur”.