"Bu paltarın qiyməti 3 min dollardı" - Mətanət

"Bu paltarın qiyməti 3 min dollardı" -  Mətanət
3585 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mətanət Əsədova “5/5” verilişində ona hədiyyə edilən avtomobillərdən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni aparıcı Zaur Kamalın “Deyirsən mənə maşınlar hədiyyə ediblər. Markaları nə olub” sualına belə cavab verib:

“Mənə “Range Rover”, “X5”lər, “Q7”, “Mercedes”, “Passat” veriblər. Maşın hədiyyələrini pis yerə yozmayın. Onlar arasında xanımların da bağışladığı hədiyyələr olub”.

M.Əsədova geyimlərinə xərclədiyi puldan danışıb:

“Bu günə kimi ən bahalı paltara 12 min vermişəm. Əynimdəki bu paltarı isə dostum hədiyyə edib, 3 min dollardır (təxminən  5100 manat)”.

Müğənni bildirib ki, səsi batsa, yemək bişirərək pul qazanacaq:

“Çörək alamğa, bazarlığa özüm gedirəm. İnsan ev də təmizləyər, yer də silər. Sabah səsim batsa, dizaynla və yemək bişirməklə məşğul olaram. Hətta bir dəfə gecə çörək almağa getdim. Saat 4-də xanımlar işləyirdi. Biri yuxulu idi, başladım onlara kömək etməyə. Çörəkləri təndirə yapdım. Mən bir həyatam. Həyat mənimlə başlayır”.