Hadisə keçmiş sevgilisinə döndü

Hadisə keçmiş sevgilisinə döndü
3624 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hadisənin iş adamı Hakan Sabancı ilə sevgili olması yenidən gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” verilişinin aparıcısı Cengiz Semercioğlu bildirib.

Onun sözlərinə əsasən, cütlük ötən gecə restoranlardan birində səmimi şəkildə görüntülənib.

Xatırladaq ki, Hakan bu yaxınlarda eşq yaşadığı stilist Eliz Sakuçoğlu ilə münasibətinə son qoyub. Cütlük cəmi 3 həftə birlikdə olub. Bir-birlərini sosial şəbəkədə də izləməyi dayandıran Eliz İnstaqram səhifəsində Ajda Pekkanın mahnısından “Özümü saxladım görməyi bilənlərə” sözlərini paylaşıb.

Qeyd edək ki, Hadisə ilə Sabancının ötən ilin sonları eşq yaşadığı bildirilirdi. Hadisə iş adamının doğum gününə qatılıb və orada “Ölürüm sana” mahnısını ifa edib.