Efirə getməyən kadr: "Qız uşağı oğlanın otağına girib..." - söz davası

Efirə getməyən kadr: "Qız uşağı oğlanın otağına girib..." -  söz davası
12091 dəfə oxunub
  • A-
  • A
  • A+

15-ci buraxılışı yayımlanan “Maşın” realiti-şousunun efirə getməyən kadrları yayılıb.

Axşam.az-ın məlumatına görə, videoda əməkdar artist Mehriban Xanlarova ilə jurnalist Ülviyyə Alovlu arasında yaşanan söz davası yer alıb.

Aktrisa jurnalisti müğənni Talıb Talenin otağına getməkdə günahlandırıb və etirazını bildirib:

“Dünənə kimi niyə Talıbın otağına getmirdin? Qız elə aktrisalıq edir ki... Bunun sənətini dəyişin, jurnalist yox, aktrisa olsun. Sən xoflusan...”.

Alovlu Xanlarovanın sözlərinə etiraz edərək, göz yaşlarını saxlaya bilməyib:

“Siz nə demək istəyirsiz? Demək istəyirsiz ki, mən qız uşağı oğlanın otağına niyə girmişəm? Bunu deyəndə “bomba” qadın olursuz? Sizə ayıb olsun. Ay qadın, dünən reklamarası danışa bilmədik. 10 dəqiqəlik söhbət üçün otağa girmişdim. Efirdə o sözü deməyiniz ayıb deyil? Siz o sözü deməklə anama, qardaşıma nə eşitdirmək istəyirdiz? Siz bədbəxt qadınsız, qürurunuz sizi kor edib. Sizdən şouda istifadə edirlər. Siz niyə bu qədər avamsız? Sizə yazığım gəlir. İndən belə hər şeyi danışacam. Mənim sayəmdə bu gün şouda qalmısınız. Sizin öz məntiqiniz yoxdur”.

“Sənə demişəm qışqırma. Bir matorunu bağla da... Nəyimi danışacaqsan? Üzüm sənin yanında qaradır ki?” deyə, Mehriban ona etiraz bildirib.