"The First" sahiblərinə verildi - fotolar

"The First" sahiblərinə verildi -  fotolar
1179 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəyal production”ın təşkilatçılığı ilə VIII beynəlxalq “The First 2017” mükafatının təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə, Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib.

Bildirilib ki, bu mükafat təkcə mədəniyyət sahəsində deyil, elm, idman və digər müxtəlif sahələrdə uğur qazanan şəxslərə verilir. Səkkizinci ildir ki, “The First” mükafatının təqdimat mərasimi təşkil olunur. Belə ki, “Xəyal Production” 2009-cu ildən bəri adları hər kəsə məlum olan şirkətləri, iş adamlarını, sənət adamlarını, bir sözlə, ilin ən yaxşılarını seçərək mükafatlandırır.

Gecədə “The First”ün 8 illik keçdiyi yola nəzər salan videoçarx nümayiş olunub.

Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Tədbirdə xalq yazıçısı Anar, yazıçı, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev və Alim Qasımova “Şərəfli ömür” mükafatı təqdim olunub.

Foto: Ramin ASLANOV