Manaf Ağayev: "İki milyonluq villa tikdirirəm"

Manaf Ağayev: "İki milyonluq villa tikdirirəm"
5512 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Manaf Ağayev dəyəri 2 milyon manat olan bağ evi tikdirir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Pərdə” verilişinə açıqlamasında deyib:

“Bu sirrimi heç yaxın qohumlarım da bilmir. Mən ev sevən insanam. Nəyim var, satıb mənzilə xərcləyərəm. Bəzi həmkarlarım var ki, ikiotaqlı mənzildə yaşayırlar, amma biznes qururlar. Məsələn, Samir Piriyev deyir ki, heç vaxt belə villa tikdirmərəm. Amma pulunu başqa işlərə sərf edir. İndi özümə gözəl bir bağ evi tikdirirəm. Villanın dəyəri 2 milyon manatdır”.

M. Ağayev boşanması ilə bağlı yayılan şayiələrə də son qoyub:

“Deyirlər ki, Manaf boşanıb. Yalan söhbətdir. Elə bir şey baş versə, gizlətmərəm, deyərəm. Sadəcə, ailəmi efirə çıxartmağı sevmirəm”.