Murad Arif: “Prodüser”i müğənninin köməkçisi səviyyəsinə salıblar”

Murad Arif: “Prodüser”i müğənninin köməkçisi səviyyəsinə salıblar”
607 dəfə oxunub
  • A-
  • A
  • A+

“Produser” kimi şərəfli və ağır peşəni yalnız bizim ölkədə “müğənninin köməkçisi” səviyyəsinə salıblar... Halbuki prodüser ideya təklif edən, layihəni yönəldən, gedişləri düşünən, idarə, istehsal edən, yaradan və satan adamdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi prodüserliyindən bəhs edib:

“2004-də bir gənc dostumuzun bütün yaradıcı addımlarını özüm düşünüb, yönəltdim. İki ildən sonra onun öz təklifləri yaranan kimi işi yekunlaşdırmaq qərarına gəldik. Növbəti illərdə də yalnız ideya müəllifi olaraq digər sənətçi dostlarla çalışdım...

Bu gün sənətçi olaraq özüm özümə prodüserəm. Yəni bütün addımlarımın, piar və “raskrutka” siyasətimin, şirkət və müştərilərlə görüşlərin, hara, hansı proqrama, necə və hansı repertuarla çıxmaq məsələlərini, müsahibə vermək, maliyyəni hara və nə qədər yatırım etmək qərarlarını, mahnı, repertuar seçməyi, “Murad Arif” layihəsini hansı strategiya ilə davam etmək düşüncələrinin müəllifi özüməm. Təbii ki, çətindir.

Sözümün canı odur ki, “prodüser” olmaq istəyən gənclər, arzunuzdan dönməyin.
Gerçək bir “ideya generatoruna” hər zaman, hər layihə, film, proqram və sənətçinin ehtiyacı var.