Lalə Məmmədova ərinin ona xəyanət etdiyini dedi

Lalə Məmmədova ərinin ona xəyanət etdiyini dedi
2077 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova şəxsi həyatından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Pərdə” verilişinə açıqlamasında həyat yoldaşının ona xəyanət etdiyini deyib:

“Xəyanət edən insana ikinci şans vermək lazım deyil. İnsan xəyanət edirsə, kəsilən duz-çörəyə əhəmiyyət vermirsə, ona beşinci şans versən də xeyri yoxdur. Hər kəsə onu deyərdim ki, ac qalın, amma xəyanət edənə dönməyin. Mən də övladıma görə xəyanəti bağışlamışam. Övlad üçün tək ana kifayət etmir, uşağa ata diqqəti də lazımdır. Allah ikinci qızımı mənə elə bir vaxtda qismət etdi ki, seçim qarşısında qaldım. Amma mən körpəmi seçdim. Çünki günaha batmaqdan qorxurdum. O həyatımda heç bir maneə yaratmadı. Sona qədər səhnə fəaliyyətimi davam etdirdim”.

Böyük qızı Nərgizdən söz açan L.Məmmədova onu bahalı litseylərdə oxutdurmayacağını söyləyib:

“Mən də qızımı bahalı litseylərə qoya bilərdim. Amma onu adi bir məktəbə göndərirəm. İstəyirəm ki, həyatın çətin üzünü görsün. Əks təqdirdə gələcəkdə möhkəm ola bilməz”.