"Toy etməyə vaxtımız yoxdur"

"Toy etməyə vaxtımız yoxdur"
4860 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Levent Kanyonda “İlk öpücük” filminin qala gecəsi keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecəyə ekran işində baş rollarda oynayan aktyorlar Murad Yıldırım, Özge Gürel, Cezmi Baskın, Beyti Engin ve Sadi Celil Cengiz iştirak ediblər.

Qalaya aktrisa Özge Gürel sevgilisi Serkan Çayoğlu ilə gedib. O, “toy nə vaxtdır” sualına belə cavab verib:

“5 aydır çəkilişlərə görə bir-birimizi görə bilmirdik. Sərkan da indi yeni filmə çəkilir. Ailələrimiz tanış olub. Amma toy etməyə vaxtımız yoxdur”.

Qeyd edək ki, cütlük "Kiraz Mevsimi" serialında tanış olublar.