Zamiq opera səhnəsində "Kaman" deyəcək

Zamiq opera səhnəsində "Kaman" deyəcək
582 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov solo konsertə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  canlı konsert proqramı ilə çıxış edəcək.

“Kaman” adlanan konsertdə Zamiq öz repertuarındakı musiqilərlə yanaşı, bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digərlərinin mahnılarını da səsləndirəcək.  

Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.