Fariz "V element"dən getdi, yeni aparıcı kimdir? - Kamilə+fotolar

Fariz "V element"dən getdi, yeni aparıcı kimdir? -  Kamilə+fotolar
4853 dəfə oxunub
  • A-
  • A
  • A+

"V element"ə ilk dəfə başlayanda ziyallılar, peşəkarlar deyirdi ki, bu cür layihələr uzunömürlü olmur. Bizim seçdiyimiz ziyalı və məşhur təbəqə bitir. Amma biz ruhdan düşmədik. İndi üçüncü mövsümə hazırlaşırıq".

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Kamilə Babayeva deyib. ATV-də yayımlanan "V element" verilişinin yenidən efirə gələcəyini deyən aparıcı ötən mövsüm aralarına qatılan Fariz İlyasovun getdiyini söyləyib:

"Ötən il sizin "Maqazin klubun"da demişdiniz ki, birinci mövsüm yaxşı idik, ikincidə bir az ritmdən düşmüşdük. Düzdür, keçən mövsüm axsaxlığımız oldu. Aramıza yeni bir aparıcı qatılıb. Böyük ümüdlərim var ki, bu il proqramımız təriflənəcək. Heç birimiz “iddialı gəlirik” sözünü demirik, bu ifadəni xoşlamırıq. İndi sevə-sevə gəlirik. İstəyirik ki, tamaşaçıların rəğbətini bir daha fəth edək".

Babayeva komandalarına qatılan yeni aparıcının adını sirr saxlayıb:

"Əgər tək aparıcı olsaydım, açıqlayardım. Amma biz böyük komandayıq. Çox az qaldı, bir-iki həftəyə efirdəyik. Aramıza qatılanı hamı efirdə görəcək. Artıq çəkilişimiz olub. Onu deyim ki, heç hiss etmədik aramızda yeni aparıcı var. Çəkiliş o qədər rahat keçdi ki... Efiri lentə almışıq bitib, təəccüblənirik ki, biz hiss etmədik axı yenini? Bilmirik bu, efirə necə yansıyacaq, bəyəniləcək, ya yox. Amma pis alınmır. Həm də komandamız böyüyüb. Qonaqlarımız hədsiz çoxdur. Ölkəmizə xeyir gətirən o qədər insan var ki, onları tanımırıq. Bəzən gəlməyən qonaqlarımız da olur".

K.Babayeva "Yeni təkliflər gəlir" sualına belə cavab verib:

"Təklif gəlmir. Əslində heç olmamağı əhvalıma təsir etmir. “V element”ə bu il daha çox bağlanmışam. Efir o qədər əlçatan olub ki... İnternet efirə basqı edib. Evdə oturan xanım belə ulduz ola bilər. İndi başqa ab-havadayam. "V element"i bu mövsüm qat-qat maraqlı hala gətirəcəyimizə əminəm".
 
Foto: Qulu İBRAHİMOV