"Yanımda da, ürəyimdə də sən var idin" - Elton

"Yanımda da, ürəyimdə də sən var idin" -  Elton
5958 dəfə oxunub
  • A-
  • A
  • A+

“Anam, məni əziyyətlə böyütdün. Qollarının qüvvəti, əllərinin əziyyəti, yuxusuz gecələrlə, ağır yüklərlə, hallal çörəklə ... Geyinmədin, hər şeyin gözəlini bizim üçün aldın...”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb.

Anasını ad günü münasibətilə təbrik edən sənətçi təəssüratlarını bölüşüb:

“Çalışdın ki, gözümüz tox olsun, heç nədə qalmasın. Gözəl illərini bizə qurban verdin. Elə bir gün olmadı ki, şükür etməyəsən, axar su ilə danışmayasan, bizə “çalışın həyatda doğru yolda olun” sözünü deməyəsən. Dedin ki, zəhmət çəkin, oxuyun, insanları aldatmayın, yaxşılıq edin, halal çörək qazanın. Bütün bunlar mənim üçün ən gözəl miras və xoşbəxtlik oldu. Çünki yanımda da, ürəyimdə də sən var idin, gözəl anam. Yaxşı ki indi xoşbəxtsən”.