Keçmiş Türkiyə gözəli reanimasiyaya yerləşdirildi

Keçmiş Türkiyə gözəli reanimasiyaya yerləşdirildi
2274 dəfə oxunub
  • A-
  • A
  • A+
1975-ci ildə Türkiyəni ikinci gözəli seçilən Manolya Onur reanimasiyaya yerləşdirilib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş model ötən gün qəfuildən ürəyini tutaraq yerə yıxılıb. Xəstəxanaya çatdırılan Manolyanın ağciyərinə gedən damarlardan birinin tıxandığı müəyyən olunub.

M.Onurun hazırda vəziyyətinin ağır olduğu deyilir. Qeyd edək ki, Manolya Onur Heydərabad məliyi Mükerrem Bereket şahla ailəli olub. Cütlüyün bu nikahdan şahzadə Nilufər adlı bir qızı var.