Elariz: “Məni toya ona görə çağırırlar ki...”

Elariz: “Məni toya ona görə çağırırlar ki...”
915 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu həmkarı Yaşar Cəlilovun onun haqqında dediklərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Telemaqazin” verilişinə açıqlamasında Yaşarın “Elarizi görəndə gülürəm. Bunu tək mən yox, hamı deyir” sözlərinə haqq qazandırıb:

“Yaşarın o sözünə əsəbiləşmədim. Çünki çox adam deyir ki, səni görəndə gülürəm. İnsanlara müsbət enerji verirəm. İnsanlar məni toya dəvət edir. Bunun səbəbi də odur ki, pozitiv insanam. Məni toya ona görə çağırırlar ki, bəylə gəlinə xoş aura bəxş edim”.