Məşhur müğənninin evində oğurluq - 50 minlik əşyalarını apardılar

Məşhur müğənninin evində oğurluq - 50 minlik əşyalarını apardılar
2789 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Meray Kerinin evində oğurluq hadisəsi baş verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin Los-Ancelesdəki evinə girən naməlum şəxslər onun 50 min dollar dəyərində olan aksessuarlarını oğurlayıblar.

Aksessuarlar arasında ən çox ifaçının bahalı eynək və pulqabılarının olduğu bildirilir.

Məlumata əsasən, evə girən şəxslər sənətçinin Nyu-Yorkda olduğunu biliblər.

Gecə təxminən saat 3-də baş verən insidentin kim tərəfindən törədildiyi araşdırılır.