"Modellik çılpaqlıq deyil, bu, bir sənətdir" - fotolar

"Modellik çılpaqlıq deyil, bu, bir sənətdir" - fotolar
3613 dəfə oxunub
  • A-
  • A
  • A+
“Victoria’s Secret”in mələklərindən biri Sara Sampaio kişi jurnalı “Lui”ni məhkəməyə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dərginin Saranın çılpaq fotolarını oktyabr buraxılışda yayımlamasıdır.

Jurnalın üz qabığında çılpaq fotosunu görən model əvvəlcə bu barədə İnstaqramda izləyiciləri ilə bölüşüb, daha sonra məhkəməyə müraciət edib.

“Lui”nin növbəti buraxılışında fotosessiya etdirdim. Mənə orada da çılpaq poz verməyi dedilər. Razı olmadım. Fotolarımdan birində sinəmin açıq olduğunu gördüm və onlara tapşırdım ki, həmin şəkli silsinlər, jurnalda yayımlanmasın. Söz verdilər ki, foto pozulacaq. Lakin yalan danışıblar, buna görə də qanun qarşısında cavab verəcəklər. Qoy, görsünlər ki, modellik çılpaqlıq deyil, bu, bir sənətdir”.