Evli olduğu üçün ayrıldığı iş adamı ilə yenidən görüşdü - foto

Evli olduğu üçün ayrıldığı iş adamı ilə yenidən görüşdü - foto
3547 dəfə oxunub
  • A-
  • A
  • A+

2 il əvvəl oğlunun atası Serkan Uçardan boşanan aparıcı Ece Erken yenidən iş adamı Nazim Torbaoğlu ilə görüntlənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verirb ki, cütlüyün birgə şəkilləri İzmirdə kafelərdən birində çəkilib.

Kafeyə əl-ələ gələn Ece və Nazim daha sonra kameralara tuş gəldiklərini biliblər. Ece ona yaxınlaşan jurnalistlərin suallarını da cavablandırıb. O, iş adamının evli olmadığını vurğulayıb:

“İzmirə ailəmlə gəlmişəm. Nazim keçən ay boşanıb. İki il əvvəl boşanmaq üçün məhkəməyə müraciət ediblər, amma ötən ay hər şey bitib. O da subaydır, mən də. Sadəcə söhbət edirik. Sevgili olub-olmayacağımıza özümüz qərar verəcəyik”.

Qeyd edək ki, Erken Torbaoğlundan bir müddət əvvəl onun ailəli olduğunu bildiyi üçün ayrılmışdı.