"Dolunay"ın aktyoru Bakıda belə görüntüləndi

"Dolunay"ın aktyoru Bakıda belə görüntüləndi
1769 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Dolunay” serialının aktyoru Armağan Zengin Bakıya gəlib.

Aktyor tədbirlərin birində Axşam.az obyektivinə tuş gəlib. O, şəkil çəkdirməklə yanaşı, Bakı sevgisindən danışıb.

Paytaxtımızı çox sevdiyini söyləyən Armağan bura yenə gələcəyini deyib.

Qeyd edək ki, Armağan “Dolunay” serialında Burak obrazını canlandırır. O, eyni zamanda aparıcı və müğənni kimi tanınır.