"Bozbash pictures" ekrana qayıdır - vaxt açıqlandı

"Bozbash pictures" ekrana qayıdır - vaxt açıqlandı
4862 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir efirlərdə olmayan “Bozbash pictures”in ekrana qayıdacağı vaxt məlum olub.
 
Axşam.az-ın məlumatına görə, tele-komediya gələn aydan etibarən ATV ekranlarından nümayiş ediləcək. Bu barədə aktyor İlkin Həsəni məlumat verib:

“Bozbash Picturesin sadiq izləyicilərinə xəbərimiz var: yeni mövsüm gələn aydan etibarən efirdə olacaq”.

Qeyd edək ki, “Bozbash pictures”in aktyor heyətinə İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, İlkin Misgərli, Azər Baxşəliyev daxildir.