Məryəmdən inanılmaz etiraf: "Pul qarşılığında şeyxlə..."

Məryəmdən inanılmaz etiraf: "Pul qarşılığında şeyxlə..."
21519 dəfə oxunub
  • A-
  • A
  • A+

“Cingöz Recai" filmi ilə yenidən gündəmə gələn aktrisa Məryəm Üzerli dərgilərdən birinə maraqlı açıqlama verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı aktrisa Dubayda başına gələn hadisəni danışıb.

O bildirib ki, ən çox pulu Türkiyədə qazansa da, Dubayda da bəzi təkliflər qarşılığında bunu etmək mümkündür.

Məryəmin sözlərinə görə, ona adı çəkilən ölkənin şeyxlərdən böyük məbləğ qarşılığında şam yeməyi təklifləri gəlib:

"Pul qarşılığında şeyxlərdən yemək təklifləri gəlirdi. Onlardan birini qəbul etdim. Qazandığım pulu isə xeyriyyə məqsədi ilə xərclədim. İnsan heç vaxt əziyyət çəkmədən əldə etdiyi pulu özünə xərcləməməlidir".