Bakıda həbsxanada nikah mərasimi baş tutdu

Bakıda həbsxanada nikah mərasimi baş tutdu
5819 dəfə oxunub
  • A-
  • A
  • A+

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Baku.ws-ə verilən məlumata görə, 21.10.2017-ci il tarixdə təşkil olunmuş tədbirdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.

Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.