Qulluqçusu aktrisanı döydü

Qulluqçusu aktrisanı döydü
2236 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Sibel Turnagölü qulluqçusu A.T. döyüb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa həm evini soyduğu, həm də onu döydüyünü iddia etdiyi köməkçisini polisə şikayət edib. 44 yaşlı A.T.-nin çantasından Sibelin yoxlamaları zamanı bahalı markadan olan kosmetik vasitələri və feni çıxıb.

Bundan sonra yaranan mübahisə zamanı qulluqçu Turnagölü döyməyə başlayıb. A.T.-nin əlindən güclə qurtulan Sibel eyvana qaçaraq qonşularından kömkə istəyib. Mühafizəçilər aktrisanın evinə gələnədək A.T. sürətlə hadisə yerini tərk edib.