Polad azərbaycanlı müğənnini güllələyəcəkmiş

Polad azərbaycanlı müğənnini güllələyəcəkmiş
2044 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyevin “Kurtlar vadisi pusu” serialına dəvət alması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə müsahibəsində təklifdən imtina etdiyini deyib:

“Pana film”dəkilərlə dostluq münasibətimiz var. Türkiyə səfərimdə onlarla görüşdüm. Təklif etdilər ki, serialda rol alım. İşimin çox olduğunu söylədim. Dedilər ki, üç-dörd seriyada çəkilərsən. Güllü obrazının Azərbaycandan gələn qardaşı obrazını canlandıracaqdım. Axırda Polad məni gülləylə vuracaqdı və beləcə serialdan ayrılacaqdım. Dedim, məni heç kim vura bilməz və istəmədim, amma qızım Fərəh çəkiləcək”.

Yeniliklərindən söz açan S. Piriyev solo konsertə hazırlaşır. Müğənni Heydər Əliyev Sarayında baş tutacaq gecəyə Türkiyə və Gürcüstandan musiqiçilər gətirəcək. O, konserti sevənlərə həsr edəcəyini bildirib.