"Teatrda işıq sistemi daş dövründən qalıb" - xalq artisti

"Teatrda işıq sistemi daş dövründən qalıb" -  xalq artisti
828 dəfə oxunub
  • A-
  • A
  • A+

“Zəif tamaşalarımız da var, güclüləri də. Amma bir dəfə teatrda olmayanlar onu tənqid edir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Ramiz Novruz "Düz bazar" verilişində deyib. 

Akademik Milli Dram Teatrının aktyoru teatrlardakı texniki zəiflikdən söz açıb:

“Bizdə teatr təmir edildi, bina gözəldi. Amma işıq və səs sistemi daş dövründəki kimidir. Xaricdən bizə teatr gəlməlidir, amma səhnəmiz onlara yaramır.

Ölkənin ən önəmli teatrının truppasında yararsız adam olmamalıdır. Mədəni maarif texnikomunu qurtarıb, teatrda işləyir. Məktəb, müəllim görməyiblər. Bilmir oxumaq, plastika nədir. Bizim teatrdakı aktyorların 30 faizi elədir”.