"Sənə 3 min dollarlıq paltar alanın..." - Tolikdən Mətanətə sərt sözlər

"Sənə 3 min dollarlıq paltar alanın..." - Tolikdən Mətanətə sərt sözlər
9781 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev müğənni Mətanət Əsədovanın ünvanına sərt fikirlər səsləndirib.

Axşam.az-ın məlumatına görə, bahalı geyimlərdən danışılan “Hər şey daxil” verilişinin qonağı olan Tolik Mətanətin geyimlərindən birinin qiymətini yanlış açıqladığını deyib:

“Mətanət Əsədova əvvəlcə çıxıb dedi ki, 12 min dollara paltar almışam. Daha sonra paltarın qiymətinin 3 min dollar olduğu üzə çıxdı”.

Daha sonra Mətanət Əsədova verilişə bağlanmaq istəyib. Lakin irəliləyən dəqiqələrdə danışmaq istəməyən müğənni başqa bir kanalda canlı yayımda olduğunu deyib. Sevil-Sevinc bacılarının sözlərinə görə, Mətanət “Nə istəyirsiniz, danışın, vecimə deyil. Maraqlı deyil mənə, qoy elə arxamca müzakirə etsinlər” söylədiyini bildirib.

Tolik isə bu sözlərə belə cavab verib:

“Vecinə deyil, lap yaxşı. Allah canını sağ eləsin. Biz sənin pisliyinə danışmırıq ki... Sənin vecinə olur-olsun, olmur da sənə 3 min dollarlıq paltar alanın ayağının altına kimi olsun...Biz sənin sənətindən danışmırıq ki... Sən mənim sözümü vecinə almalısan. Çünki sən mənimlə işləmək arzusunda olmusan və İstanbula birlikdə getmişik. Yaxşı ki Allah dəvəyə qanad verməyib. Sizin haqqınızda danışırıq, minnətiniz olsun. Yatmısız evdə, naftalin iyi verirsiz. Özünüzü elə aparırsınız ki, elə bil gündə qastrollardasınız, dünya turlarındasız...Bir az özünüzə hörmət edin...”.