Rövşanənin verilişində gərgin anlar - aktyorlar əsəbiləşdi

Rövşanənin verilişində gərgin anlar -  aktyorlar əsəbiləşdi
4935 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Rövşanə Ağasəfqızının “Düz bazar” verilişində gərgin anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramda teatrlar müzakirə olunub. Efirdə teatrlara tamaşaçı gəlmədiyinin nümayiş edilməsinə əməkdar artist Naibə Allahverdiyeva etriaz edib:

“Bura Gənc Tamaşılar Teatrıdır? Burada belə şey ola bilməz, təsadüfdür. Belə şeyin əleyhinəyəm. Teatr bizim mədəniyyətimizdir. Əksinə, teatrı reklam etməlisiniz. Bizim teatrda hər gün tamaşa var. Hər gün zalı doldurmaq mümkündür? Gənc Tamaşaçılar Teatrında tamaşaçı problemi yoxdur. Belə şeyləri göstərib insanları qaçırtmayın. Siz nə danışırsınız? Beləcə, tamaşaçı qaçırırsınız”.

Xalq artisti Ramiz Novruz isə “Bu, səmimi süjet deyil. İnanmıram ki, Opera və Balet Teatrında bu qədər tamaşaçı olar. Milli Dramda isə hər zaman zal dolu olur” söyləyib.

“Biz nə deyirik ki? Sadəcə göstəririk. Niyə tənqidi qəbul etmirlər. Bizim jurnalist gedib çəkib. Özü də şənbə günüdür” deyə, Rövşanə deyib.