Buse Terimin uşağının cinsiyyəti bilindi

Buse Terimin uşağının cinsiyyəti bilindi
3122 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin ikinci qızı Buse Terim yenidən ana olmağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2014-cü ildə Volkan Bahçekapılı ilə ailə quran Busenin uşağının cinsiyyəti bilinib. Belə ki, B.Terim yenidən qız anası olacaq. 12 həftəlik hamilə olan Buse qızı Nilin 1 yaşını qeyd edib. Ad günü fotolarını paylaşan Terim çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Fatih Terimin digər qızı Merve Çetindən Yaman adlı bir oğul nəvəsi də var.