Burak Fahriyenin sözü ilə rus modeli əngəllədi

Burak Fahriyenin sözü ilə rus modeli əngəllədi
4096 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Burak Özçivit sosial şəbəkədə onu izləyən və bütün paylaşımlarını bəyənən rus model Viktoriya Bonyanı əngəlləyib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Burakı belə bir addım atmağa qısqanclıq üzündən həyat yoldaşı Fahriye Evcenin atmağa məcbur etdiyi deyilir.

Xatırladaq ki, tez-tez Özçivitin paylaşımlarını bəynib, şərhlər yazan Viktoriyaya izləyicilər “O daha evlidir, əl çək” şəklində xəbərdarlıq yazmışdılar. Bundan sonra Fahriyenin qısqanxclıq yaşadığı və bu səbəbdən ərindən modeli əngəlləməsini istədiyi iddia edilir.