Prezidentin iti toplantını pozdu, hər kəs qəhqəhə çəkdi - video

Prezidentin iti toplantını pozdu, hər kəs qəhqəhə çəkdi - video
4640 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransa prezidenti Emmanuel Makronun Yelisey sarayındakı yığıncağı iti Nemo sayəsində dünya gündəminə düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət nümayəndələri ilə prezidentin görüşü zamanı Nemo təbii ehtiyacını ödəyib. Bu isə Fransa televiziyaları tərəfindən canlı yayımlanıb. Bir anlıq nə olduğunu anlamayan nümayəndələr daha sonra gülməkdən özlərini saxlaya bilməyiblər.

Qeyd edək ki, Nemo birinci xanım Bricit Makron tərəfindən sığınacaqdan götürülüb.