"Aygünü dəyişmək elə də asan olmadı" - Anar

"Aygünü dəyişmək elə də asan olmadı" - Anar
6124 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilist Anar Ağakişiyev imicini dəyişdiyi əməkdar artist Aygün Bəylərin müğənni Elnarə Xəlilovaya bənzədilməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə telefonla bağlanan stilist Aygün Bəyləri dəyişməyin asan olmadığını deyib:

“Bir çoxları Aygün Bəyləri dünənki imicinə görə müğənni Elnarəyə oxşatdı. Çünki göz qapaqları, gözünün forması hər ikisində eynidir. Tipaj olaraq bir birlərinə bənzədilər. Aygünün dəyişməsi elə də asan olmadı. Çünki o, illərdir idman üslubunda geyinir. O tərzə alışıb. Buna görə bir az çətin oldu”.

Xatırladaq ki, Aygün Bəylərin yeni imici sosial şəbəkədə müzakirələrə səbəb olmuş və hər kəs tərəfindən çox bəynilmişdi.