Xalq artistinin 120 illik yubileyi keçiriləcək

Xalq artistinin 120 illik yubileyi keçiriləcək
1252 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, aktyorun yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

27 Oktyabr saat 16:00-da keçiriləcək tədbirdə onun ömür yolundan, yaratdığı təkrarsız obrazlardan danışılacaq. Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Eyni zamanda aktyorun həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də təşkil ediləcək.