"Yenidən evlənirik" desələr təəccüblənməyin

"Yenidən evlənirik" desələr təəccüblənməyin
9048 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Çağla Şikel Bebek istiqamətində iti ilə gəzərkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Çağla keçmiş əri, müğənni Emre Altuğla münasibətlərindən danışıb.

O, “Emre ilə yenidən barışa bilərsinizmi” sualına belə cavab verib:

“Biz onunla dostcasına ayrılmışıq. Hazırda da yaxşı münasibətdəyik. Əgər evlilik baxımından soruşursunuzsa, sabah nə olacaq bilmirəm. Böyük danışmağı sevmirəm...”.

Xatırladaq ki, bu yaxınlarda Şikel Altuğun konsertində onunla birlikdə səhnədə olub.
Emre mahnılarını səsləndirərkən Şikel rəqsləri ilə şou göstərib.

Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, 2015-ci ildə boşanıb. Onların Kuzey və Uzay adlı iki oğulları var.