21-ci əsrin "Leyli Məcnun"u

21-ci əsrin "Leyli Məcnun"u
5741 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan Yeşim Gökyar və Orhan Koza adlı cütlüyün sevgi hekayəsi eşidənləri heyrətləndirir.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, 25 yaşlı Yeşim 16 ildir dəri xərçəngindən əziyyət əzir. O, 32 yaşlı Orhan ilə bu səbəbdən evlənmək istəmədiyini bildirib:

“Orhan ilə eyni məhəllədə qalırdıq. Bir ortaq dostumuzun sayəsində tanış olmuşuq. Amma onu özümə yaxın buraxmaq istəmirdim. Ona görə Orhana xərçəng olduğumu və hər an ölə biləcəyimi dedim”.

Koza seçib bəyəndiyi qız haqda eşidəndə pis olsa da, “Ömrünə bir gün qalsa da, səninlə evlənəcəyəm” deyib.

Cütlük ötən ilin yayında ailə qurub. Xəstəliyindən saçları tökülən Yeşimə dəstək olmaq üçün əri də başını keçəl elətdirib.