Fatimə: “Qızıma səhnəyə çıxmağa icazə vermərəm"

Fatimə: “Qızıma səhnəyə çıxmağa icazə vermərəm"
2165 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə qızı Aydanın gözəl rəqs etdiyini deyib.

Sənətçi Axşam.az saytına açıqlamasında övladının hərdən onun rəqslərini bəyənmədiyini etiraf edib:

“Aydan bütün rəqsləri bacarır. Hətta məndən gözəl oynayır. Bəzən mənim rəqsimi bəyənmədiyini də deyir. Amma mən onun rəqqasə olmasını, bu sahədə irəliləməsini və bacarığını nümayiş etdirməsini istəmirəm. Qızım tam başqa sahədə özünü göstərəcək, peşəkar olacaq. O heç vaxt səhnəyə çıxmayacaq”.

Yeni məktəbindən söz açan Fatimə burada özünə davamçı seçəcəyini də istisna etməyib:

“Tələbələrimi xaricdə keçirilən rəqs müsabiqələrinə göndərəcəm. Onlara sadəcə dərs verməyəcəm, bu sənətdə tanınmalarına da dəstək olacam. Hətta onlar arasından öz davamçımı da seçəcəm”.