"Məni çox tez tərk etdin..." - Məleykə Əsədova

"Məni çox tez tərk etdin..." -  Məleykə Əsədova
2659 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ata evin dayağı, övladın adı, damarlarında axan qanın təməlidir. Nə yaxşı ki, mən sənin kimi kişi xasiyyətini damarlarında birləşdirən birinin qızıyam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Atası ilə bağlı xatirələrini bölüşən aktrisa bunları qeyd edib:

“Qanımda düzlük, böyüyə hörmət, dostlara sadiqlik, yalandan uzaqlıq, ən əsası Allahıma bağlılıq səndən keçib. Sənsiz anama, bacılarıma çox çətin oldu. Məni çox tez, ata lazım olan vaxtda tərk etdin. Gözəl Allah mənə sənin gücünü verdi, qoymadı yıxılam, qadınlığımı undub kişi kimi həyatla vuruşdum. Qısa ömründə anama, bacılarıma, bizə sevgi göstərdin. Bu günə qədər “ata” adına ehtiyacım var. Allah sənə və anama rəhmət esləin. Sizin saf sevginiz əbədidir.