Fatimə ARB-də aparıcılıq edəcək

Fatimə ARB-də aparıcılıq edəcək
836 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva aparıcılıq edəcəyini bildirmişdi.

Axşam.az-ın məlumatına görə, sənətçi ARB kanalında yayımlanan “Qonaqdan qonağa” proqramında yer alıb. O, sadəcə, bir buraxılışda özünü aparıcı kimi sınayacaq.

Çəkilişlər artıq baş tutub. Fatimənin qonaqları müğənnilər Rüfət Axundov, Kərim Abbasov və Niyam Salami olub.

Bundan başqa isə Fatimə özü yeni layihə hazırlayır. Onun proqramı xına mərasimləriylə bağlı olacaq. Hazırda verilişin hazırlıqları gedir.