Belarus və Ukrayna opera ulduzları Bakıya gələcək

Belarus və Ukrayna opera ulduzları Bakıya gələcək
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Riqoletto” operası növbəti dəfə nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, səhnə əsərində Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi Almaniyanın Manheym Milli Opera Teatrında müqavilə ilə çalışan həmyerlimiz, xalq artisti Əvəz Abdullayev ifa edəcək.

Həmçinin, səhnə əsərində xalq artisti Əli Əsgərov (Sparafuçille) və gənc solist Nina Makarova (Maddalena) da çıxış edəcək.

Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova canlandıracaq.

Eyni zamanda, Ukrayna Milli Operasının solisti, Əməkdar Artist, vokalçıların beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin operada Hersoq rolunu canlandıracaq.

Səhnə əsərini xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.