“Özünə bax”ın hamını təəccübləndirən iştirakçısı - fotolar

“Özünə bax”ın hamını təəccübləndirən iştirakçısı -  fotolar
6971 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının “Özünə bax” zövq yarışmasında ikinci turun son efiri yayımlanıb.

Axşam.az-ın məlumatına görə, gələn həftədən verilişdə final həyacanı başlanılır.

Bu dəfə münsif qarşısına üç gənc qız çıxıb. Münsif kürsüsündə oturan layihənin siması Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, modelyer Afaq və stilist Nasir Babayev hər üç iştirakçının üçüncü yarımfinala keçməsinə icazə verib.

18 yaşlı iştirakçı Adelya görünüşü ilə münsifləri təəccübləndirib. Zövqü və gözəlliyi ilə hər kəsin diqqətini çəkən Adelyaya hətta aparıcılıq da təklif olunub.

Verilişin aparıcısı Rüfət Ağayev R. Əliyevaya “Bəlkə, “Özünə bax3”də bu xanımla birlikdə aparıcılıq edək?” deyə müraciət edib.

Canlı yayımda bir çox maraqlı anlar yaşanıb. Belə ki, vizajist Nigar efirə gələrkən yolda avtomobil qəzası keçirib. Tamaşaçılar Ruhi Əliyevaya hədiyyə göndərib. Onlar verilişin simasını nəzərdən qorumaq üçün ona gözmuncuğu bağışlayıblar.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV