“Bir gəncin gözü ilə Kipr” fotosərgisi açıldı

“Bir gəncin gözü ilə Kipr” fotosərgisi açıldı
855 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilən “Bir gəncin gözü ilə Kipr” fotosərgisi açıldı.


Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən sərgidə hazırda Şimali Kiprin Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi fakültəsində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri nümayiş olunub.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin ilk layihəsi olan “Bir gəncin gözü ilə Kipr” sərgisinin bu il mayın 28-də Belçikada, iyununda Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulub.

AzərTac