İranlı rejissorun filmi Amerikada mükafat aldı

İranlı rejissorun filmi Amerikada mükafat aldı
724 dəfə oxunub
  • A-
  • A
  • A+
İranlı rejissor Yaser Talebin çəkdiyi "Övladlar" filmi ABŞ-da mükafata layiq görülüb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, ekran əsəri ABŞ-da təşkil olunan Royal Star Film Festivalında "Ən yaxşı xarici film" mükafatını qazanıb. Filmdə baş rolları Hasan Rüstemani, Viktoria Levşenikova, Hüseyn Mirzaguli, Mehrtaş Saidi ile Pagah Kakasoltani ifa edir.

Ekran əsəri övladını xaricə təhsil almaq üçün göndərən, ancaq ondan xəbər ala bilmədikləri üçün axtarışlara başlayan ailənin yaşadıqlarından bəhs edir.
 
Qeyd edək ki, film bundan əvvəl ABŞ-da keçirilən Longleaf Film Festivalında mükafata layiq görülüb.