"Hamısı özlərini bir-birinə göstərirlər"

"Hamısı özlərini bir-birinə göstərirlər"
1170 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin bugünkü qonağı aparıcı Turan İbrahimov olub.

Axşam.az-ın məlumatına görə, teleaparıcı formada qalmasının sirlərini açıqlayıb:

“İdmanla məşğul oluram. Ən əsası, evimə qalxanda liftdən istifadə etmirəm. Bu, fobiya deyil. Bir növ idmandır. Hər gün pilləkənlə çıxıb-düşmək stepin bir növüdür. Bir də, efirdə olanda çalışıram, çox hərəkət edim. 3 saatdan çox ayaqüstə qalıram və yerimdə dayanmıram”.

Turan xanımların geyimindən də danışıb:

“Bir xanımın dikdaban ayaqqabı geyinməsi çox gözəldir. Hündür ayaqqabı qadının xanımlığını önə çıxarır. Küçədə gedəndə xanımlara diqqət yetirirəm. Müşahidələrimə əsasən deyirəm ki, hazırda bütün qızlar kişilərə gözəl görünmək üçün geyinmirlər. Xanımların hamısı bir-birinə özlərini göstərirlər. Küçədə gözəl geyinmiş bir qıza kişilərdən çox qadınlar baxır”.