Azərbaycanlı rəqqasə Şahrux Xan üçün Dubaya gedəcək

Azərbaycanlı rəqqasə Şahrux Xan üçün Dubaya gedəcək
2389 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova bu yaxınlarda məşhur hind aktyoru Şahrux Xanla görüşəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb. O, tezliklə pərəstişkarı olduğu Şahruxu görəcəyini yazaraq təssüratlarını bölüşüb:

“Mən yalnız sənin üçün gəlirəm, sevimli aktyorum. Səni və sevimli müəllimim Madhuri Dihiti - sizləri sevirəm”.

Qeyd edək ki, Şahrux Xan və Hindistanın tanınmış simaları dekabrın 1-də Dubayda “World Premier show”a qatılacaq. Dubay Beynəlxalq Stadionunda baş tutacaq gecəyə Oksana da gedəcək.