AzTV-nin solistləri Filarmoniyada çıxış etdilər - fotolar

AzTV-nin solistləri Filarmoniyada çıxış etdilər - fotolar
980 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında AzTV-nin solistləri - Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə konsert proqramı ilə çıxış ediblər.

Axşam.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdə "Arşın mal alan" operettasından müqəddimə, "Yar incidi", "Oxu tar", "Getmə", "Naxçıvan təranələri", "Gözünə qurban", "Vağzalı çalınır", "Ay günahkar əzizim", "Vətənimdir", "İnanmaram", "Oxu gözəl", "Sənə də qalmaz", "Aldatmayaq bir-birimizi", "Telli", "Yandım elə yandım", "Ceyranım gəl", "Azərbaycanım" və digər xalq, bəstəkar mahnıları səslənib.

İfaçıları Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun S.Rüstəmov adına xalq-çalğı alətləri orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar Artist Faiq Sadıqovdur.