Şahin Növrəsli Fransada konsert verəcək

Şahin Növrəsli Fransada konsert verəcək
1054 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 14-də Paris Konqres Sarayında amerikalı caz pianoçu Əhməd Camalın konserti əməkdar artisti Şahin Növrəslinin ifası ilə başlayacaq.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, gecədə Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Ş.Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir.

Paris Konqres Sarayındakı konsertdən əvvəl azərbaycanlı cazmenin noyabrın 8 və 9-da “Le Duc des Lombards” caz klubunda və noyabrın 10-da Ruan şəhərinin konservatoriyasında konsertləri olacaq.