Qurban Qurbanov Kamili təyyarəyə buraxmadı

Qurban Qurbanov Kamili təyyarəyə buraxmadı
33220 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, idmançı Kamil Zeynallı “Qarabağ” komandası ilə birlikdə İspaniyaya uçan zaman təyyarədə söyüş söymüşdü.

Axşam.az-ın məlumatına görə, onun bu hərəkəti sosial şəbəkədə müzakirələrə səbəb olmuş və tənqid edilmişdi.

Onun bu hərəkəti komanda üzvlərinin və baş məşqçi Qurban Qurbanovun narazılığına səbəb olub. Q.Qurbanovun tapşırığı ilə Kamil dönüş zamanı təyyarəyə buraxılmayıb. O, Madriddə qalıb.

Qeyd edək ki, Kamil “Atletiko” və “Qarabağ” oyununu izləmək üçün klubun nümayəndə heyəti ilə birlikdə İspaniyaya getmişdi. O, təyyarədə olarkən İnstaqram vasitəsilə canlı yayıma girib. K.Zeynallı ona tənqid yazan bir istifadəçisini söyməyə başlayıb. O, izləyicini və ailəsini təhqir edib.

Xatırladaq ki, idmançı müğənni Gülay Zeynallının həyat yoldaşıdır.