Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, aktyor festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. Aktyor festivalda “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

Qeyd edək ki, festivalda ABŞ, Rusiya, İtaliya, Fransa, Moldova və digər ölkələrin də teatrları iştirak edib.