Rafiq Hüseynovun dəfn mərasimi təxirə salındı

Rafiq Hüseynovun dəfn mərasimi təxirə salındı
5345 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafiq Hüseynovun dəfni noyabrın 3-də olacaq.

Axşam.az-ın məlumatına görə, R.Hüseynovun cənazəsi noyabrın 2-də axşam saatlarında Bakıya gətiriləcək.

Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında noyabrın 3-də saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə noyabrın 3-də Heydər Məscidində təşkil olunacaq.

Mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, məşhur diktorun sabah II Fəxri xiyabanda dəfn olunacağı bildirilirdi.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.